Azərbaycanda yeni Səfirlik fəaliyyətə başladı

17:06 - 1.10.2019


1 oktyabr, Fineko/abc.az. XİN-in Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Slovakiya Respublikasının Azərbaycana yeni təyin olunmuş müvəqqəti işlər vəkili Elçin Qasımovu qəbul edib. Görüşdə Elçin Qasımovu Slovakiyanın Xarici və Avropa İşləri üzrə Nazirliyi tərəfindən ünvanlanmış notanı Pərvin Mirzəzadəyə təqdim etdi.

Xəbər verilir ki, notada verilmiş məlumata əsasən, 2019-cu ilin 1 oktyabr tarixindən etibarən Slovakiya Respublikasının Azərbaycan Respublikasında Səfirliyi fəaliyyətə başlayır.

Bütün xəbərlər