Azərbaycan Mərkəzi Bankı bu gün qısamüddətli notları qismən yerləşdirib

17:41 - 13.12.2017


13 dekabr, Fineko/abc.az. Azərbaycan Respublikasının Mərkəzi Bankı bu gün qısamüddətli notlar yerləşdirib.

“Bakı Fond Birjası” QSC-i xəbər verir ki, dekabrın 13-də AMB 50100266S dövlət qeydiyyat nömrəli notlar satıb. Notlar, 300 mln. manat həcmində, 28 gün tədavül müddət ilə təklif olunmuşdur.

Hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı  98.8472 AZN (14.99%) və 99.2278 AZN (10.01%) olan 14 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 147 357 600,00 AZN olmuşdur.

AMB-nın qərarına əsasən, istiqrazların kəsmə qiyməti 98.8472 AZN (gəlirlilik 14.99%), orta ölçülmüş qiyməti 99.0443 AZN (gəlirlilik 12.41%) müəyyən edilmişdir.

Nəticədə istiqrazların yerləşdirilmiş həcmi 147 357 600 AZN təşkil etmişdir.

 

Bütün xəbərlər