Banklardakı depozitlər 19 milyon manat azalıb - Ötən illə MÜQAYİSƏDƏ

10:15 - 2.10.2019


2 oktyabr, Fineko/abc.az. Vətəndaşların banklardakı depozitləri bu ilin apel ayıdan bəri ən aşağı həddə düşüb. Mərkəzi Bankın məlumatına görə, sentyabrın 1-də banklarda 8 milyard 561 milyon manat depozit olub. Bu isə əvvəlki aya nisbətən 19 milyon manat azdır.

 ABC.AZ xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Mərkəzi Bankın açıqladığı hesabatı şərh edərkən deyib.

Onun sözlərinə görə, bütövlükdə, aprel ayının əvvəli ilə müqayisədə ötən ayın əvvəlində depozitlərin həcmi 154 milyon manat azalıb: “Həmin ay banklarda 8 milyard 715 milyon manat əmanət saxlanılırdı. İyul ayına banklar 8 mlyard 736 milyon manat, iyuna isə 8 milyard 622 milyon manat əmanətlə daxil olmuşdular. Rəsmi rəqəmlər göstərir ki, bankların kredit portfelində artımlar olsa da vətəndaşların əmanətində artım qeydə alınmır. Banklarda əmanətlərin həcminin azalması depozit faizlərinin kifayət qədər aşağı olması və banklara inamın tam bərpa olunmaması ilə bağlıdır”.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər