Gürcüstan sentyabrda Azərbaycandan 60 mln. kilovat/saat elektrik enerjisi alıb

14:26 - 2.10.2019


2 oktyabr, Fineko/abc.az.  Gürcüstan cari ilin sentyabr ayında 185 milyon kilovat/saat elektrik enerjisi idxal edib. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 33 faiz çoxdur.

Xəbər verilir ki, bu barədə “Gürcüstanın Elektrik Enerjisi Sisteminin Kommersiya Operatoru”nun (ESCO) yaydığı məlumatda bildirilir.

Belə ki, Gürcüstan sentyabrda ən çox Rusiyadan elektrik enerjisi alıb (125 milyon kilovat/saat). Ötən ay Gürcüstan Azərbaycandan 60 milyon kilovat/saat elektrik enerjisi alıb.
ESCO-nun məlumatına görə, Gürcüstan yanvar-avqust aylarında 8,6 milyard kilovat/saat elektrik enerjisi istehlak edib. Bunun 8,3 milyard kilovat/saatı daxili bazarın hesabına təmin olunub. Qalan hissə isə qonşu ölkələrdən alınıb.

 

© Azertag.az

Bütün xəbərlər