Mərkəzi Bankının Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirilib

14:45 - 2.10.2019


2 oktyabr, Fineko/abc.az. Bu gün Bakı Fond Birjasında Mərkəzi Bankın (AMB) 50102476S dövlət qeydiyyat nömrəli, 170 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

Bu barədə ABC.AZ saytına BFB-dən məlumat verilib.

Qeyd olunur ki, hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.5158 AZN (6.26%) olan 23 sifariş təqdim edilib.  Sifarişlərin nominal qiymətlə ümumi məbləği 515,093,200.00 AZN olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5158 AZN (6.26%), orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170 000 000.00 AZN təşkil etmişdir.  Notların ödəmə tarixi 31.10.2019

Bütün xəbərlər