Bu bank 96,21% müştərisinin kompensasiyasını ödəyib – PROBLEMLİ KREDİT

15:56 - 2.10.2019


2 oktyabr, Fineko/abc.az.  “Bank of Baku” 96,21% müştərisinin kompensasiya ödənişini həyata keçirib.

Bu barədə ABC.AZ-ın adıçəkilən banka ünvanladığı “Bankınız tərəfindən problemli kreditlərin həll olunması ilə bağlı prezident İlham Əliyevin fərmanı hansı səviyyədə icra olunur?” sualına cavab verərkən bildirilib.

Bankdan verilən açıqlamada qeyd olunur ki, problemli kreditlər artıq məbləğlərin ödənilməsi baxımından isə 98,78% həcmində icra olunub. Ümumilikdə, kompensasiyalar hesabına 64 min 437 nəfərin gecikən kreditləri üzrə ödəniş edilib. 23 min 734 nəfər müştərinin kreditləri isə resturukturizasiya olunaraq problemli kredit məsələsi öz müsbət həllini tapıb.

 

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər