330x110
 

Sentyabrda OPEC-in neft istehsalı kəskin azalıb

03.10.2019,09:15


3 oktyabr, Fineko/abc.az. Sentyabrda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə sutkalıq xam neft hasilatı kəskin azalıb.

Xəbər verilir ki, buna səbəb Səudiyyə Ərəbistanında neft obyektlərinə təşkil edilən hücumlar və Venesuela iqtisadiyyatındakı geriləmədir.
Analitiklərin hesablamalarına görə, ötən ay OPEC-in neft hasilatı orta hesabla 28,32 milyon barrel olub. Bu, kartel üzrə istehsalın son 10 ildə ən aşağı səviyyəsidir.

Xatırladaq ki, avqustda OPEC-in neft istehsalı gündəlik 29 milyon 740 min barrel təşkil edib. OPEC-in dünya neft hasilatındakı payı isə 30 faiz olub.

 

 

© Azertag.az

Açar sözlər: Opec