330x110
 

Heç vaxt “Bank Standard”-ın müflisləşməsi kimi böhran olmayıb - EKSPERT

03.10.2019,10:50


3 oktyabr, Fineko/abc.az. Dünya tarixində “Bank Standard”-da baş vermiş müflisləşmə kimi iri böhran baş verməyib.

Bunu ABC.AZ saytına adıçəkilən bankın müflisləşmə vəziyyətini şərh edərkən iqtisadçı-ekspert Əkrəm Həsənov deyib.

Ekspert “Bank Standard”-ı müflis edən amilləri sadalayaraq, bankda böhran vəziyyətini əsasən kimə necə gəldi kredit vermə məsələsinin yaratdığını bildirdi: “Kreditlər özü də böyük məbləğdə verilirdi. Təsəvvür edin 10, 15 milyon manatlıq kreditlər verirdilər. Heç bilinmir alan şəxslər kimlərdir. Onlar da pulu heç qaytarmırlar. Böyük məbləğdə pul götürənlərin bəziləri iri dövlət məmurlarına yaxın olan adamlardır. Məsəl üçün Neft Fondunun rəhbəri Şahmar Mövsümovun qardaşı, Şahin Mövsümovun banka 100 milyon borcu var. Pulu qaytarmırlar ki, bank da camaatın əmanət pulunu versin. Əmanətlərin Sığortalanması Fondu da müvafiq tədbirləri görmür. Həmin borc alanlara qarşı məhkəmə işlərini aparmır. Hüquq-mühafizə orqanları əksər belə işlərə heç bir reaksiya vermir, heç bir tədbir görmürlər. Təəssüf ki, o pullar da qayıtmır ki, camaatın da, şirkətlərin də pulu qayıtsın. Və o şəxslər də məhkəməyə verilmir, hətta məhkəmənin siyahısı belə açıqlanmır, gizlədilir. Deməli orda nəsə düzgün deyil”.

 

Müəllif: Elmir Murad

Açar sözlər: Bank Standard