Azərbaycanda sığorta şirkətləri azdır? – Ekspertdən cavab

11:31 - 3.10.2019


3 oktyabr, Fineko/abc.az. Sığorta sektorunda müştəri xidmətlərinə, innovativ məhsullara, yeniliklərə ehtiyac var.

Bunu ABC.AZ saytına sığorta bazarında şirkətlərin azlığına münasibət bildirərkən sığorta eksperti Xəyal Məmmədxanlı deyib.

O, qeyd edib ki, əslində bazarda normal və peşəkar satış (vasitəçi) şəbəkəsi olsa, şirkətlərin sayı heç də önəmli deyil: “Şirkətlərin sayı fikrimcə kifayətdir. Önəmli olan kəmiyyət deyil, şirkətlərin keyfiyyətidir. Lakin, subyektiv fikrimdir ki, çox arzu edərdim ki, bazarda xarici aparıcı sığorta şirkətləri olsun. Bu həm maraqlı rəqabət yaradardı, həm də maraqlı innovasiyalar və təcrübə gətirərdi. Hal-hazırda bazarımız 100 % millidir”.

 

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər