Əməkdaşlarımız müraciətləri analiz aparılmaqla dəyərləndirir - BANKDAN AÇIQLAMA

12:43 - 3.10.2019


3 oktyabr, Fineko/abc.az. Bankımıza müraciət etmiş vətəndaşlar üçün kreditlərin rəsmiləşdirilməsi Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyənləşdirilmiş qaydalara uyğun olaraq həyata keçirilir.

Bunu ABC.AZ-ın  “Bankınız verilən kreditlərin gecikməməsi üçün hansı addımlar atır?” sorğusuna cavabında Bank of Baku-dan bildiriblər.

Bankdan verilən açıqlamaya görə, adıçəkilən bankın əməkdaşları hər bir müraciəti kredit analizi aparılmaqla dəyərləndirir, sağlam kreditləşmə və məsuliyyətli borclanma prinsiplərini əsas tuturlar. “Bu istiqamətdə görülən işlər və təhlillər qeyd etdiyiniz məsələnin minimal səviyyədə saxlanılması üçün edilir” deyə bankın açıqlamasında bildirilir.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər