Ekspertdən sığorta sektorunun gələcəyi ilə bağlı TƏKLİF

16:43 - 3.10.2019


3 oktyabr, Fineko/abc.az. Səkkiz ayın göstəriciləri onu göstərir ki, sığorta sektoru vergilər məcəlləsinə dəyişiklikdən sonra geriləyir.

Bunu ABC.AZ saytına bir müddət əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasının sığorta sekotundakı vəziyyətə dair hesabatını şərh edən ekspert İlkin İbrahimov deyib.

Buna baxmayaraq ekspert sığorta sektoru ilə bağlı ümidverici mesajlar da verib: “2020-ci il yanvar ayından icbari tibbi sığorta və aqrar sığortanın tətbiqi ilə yığım sığortasında 2 dəfədən də çox artım gözlənilir. İlin əvvəlindən əmlak sığortası ilə bağlı ölkə başçısının çıxışı, hadisə baş vermiş əmlaklara pul vəsaitlərinin ayrılması və sığortanın 2019-2022-ci il inkişaf planının hazırlanması növbəti illərdə bu sahənin dinamikliyini şərtləndirən amillərdən biri olacaq. Əmlak sahəsindəki artım təbii ki, ürəkaçan deyil. Lakin əvvəlki ilə nisbətdə daha yaxşıdır. Hesab edirəm ki, burada maarifləndirmə tədbirlərinə daha geniş yer verilməlidir. Əlavə olaraq müstəqil sığorta ekspertlərindən daha geniş istifadə edilməli, onların hüquq və vəzifələri qanuna dəyişikliklər edilməklə müəyyən edilməlidir. Müstəqil ekspertləri passiv vəziyyətdən dinamikliyə gətirmək üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının tərkibində komissiya yaradılmalı və onların tam müstəqilliyi təmin edilməlidir”.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər