Azərbaycanın kənd təsərrüfatı sektorunda YENİLİK

12:30 - 4.10.2019


 4 oktyabr, Fineko/abc.az. Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanda kənd təsərrüfatı sahəsində  risklərin idarə edilməsi üzrə "Clara" adlı yeni platforma təqdim edir.                                  

 ABC.Az xəbər verir ki,  bunu "Mikromaliyyə Yol Kəsişməsində: Rəqəmsal Erada Dayanıqlı İnkişaf" mövzusuna həsr olunmuş 6-cı İnvestorlar Yarmarkasında Beynəlxalq Maliyyə Korporasiyasının Baş mütəxəssisi Leyla Hüseynli deyib. O qeyd edib ki, "Clara" aləti kənd təsərrüfatı sahəsində  riskləri  idarəetmək üçün yaradılıb:

"Clara"nın daxilində 40 məhsul var. Hər bir məhsul kənd təsərrüfatı sahəsində  Azərbaycan reallığına uyğun   risklərin idarə edilməsi mexanizmini təqdim edir".

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər