Sahibkarlıq kreditləri üçün təminat tələb olunmayacaq - YENİLİK

15:00 - 4.10.2019


4 oktyabr, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondunun kredit zəmanət mexanizmi çərçivəsində sahibkarlıq kreditləri üzrə təminata tələb aradan qaldırılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Fonddan  bildirilib. Məlumatda qeyd olunub ki, mövcud mexanizm çərçivəsində verilən sahibkarlıq kreditləri üzrə təminata dair tələblərin aradan qaldırılması daha çox sahibkarlıq subyektinin maliyyələşməsinə, təminat yetərsizliyi olan sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılmasına, nəticə etibarilə iqtisadiyyatın şaxələnməsinə, iqtisadi aktivliyin və ölkədə qeyri-neft sektorunun inkişafının dəstəklənməsinə şərait yaradacaq.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər