Rövnəq Abdullayev Norveçin “Equinor” şirkətinin baş vitse-prezidentini qəbul edib

16:25 - 4.10.2019


 4 oktyabr, Fineko/abc.az.  Oktyabrın 4-də şirkəti SOCAR-ın prezidenti Rövnəq Abdullayev Norveçin “Equinor” şirkətinin baş vitse-prezidenti xanım Karri Lokhartın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

SOCAR-dan  verilən məlumata görə, görüşdə “Qarabağ” yatağının işlənməsi ilə bağlı fikir mübadiləsi aparılıb, perspektivlər müzakirə edilib. “Qarabağ” yatağında istifadəsi nəzərdə tutulmuş qurğu və platformada yekun işlərin görüldüyü, bu yaxınlarda istismara veriləcəyi bildirilib.

Görüşdə, həmçinin “Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi”, “Dan Ulduzu”, “Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişi” ilə bağlı fikir mübadiləsi aparılıb, SOCAR-ın rəhbərliyi müxtəlif layihələrdə “Equinor” şirkəti ilə əməkdaşlığın perspektivli olduğunu bildirib.

Bütün xəbərlər