330x110
 

"Paşa Bank"-ın ümumi dövriyyəsi artıb - Bank rəsmisi

08.10.2019,10:39


8 oktyabr, Fineko/abc.az.  "Paşa Bank"-ın ümumi dövriyyəsi 21%-dək artıb.

 ABC.AZ xəbər verir ki, bunu "Paşa Bank"-ın Baş Maliyyə inzibatçısı Bəhruz Nağıyev bankın 30 iyun 2019-cu il üzrə maliyyə nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Bank rəsmisi bir sıra statistik rəqəmlərə toxunaraq ümumi dövriyyədəki artımın hansı sahələrdə olduğunu açıqlayıb: "Bəhs olunan dövrə qədər müştəri köçürmələri üzrə dövriyyə 16,8 milyard manat olub. Nəzərə alsaq ki, bu rəqəm ötən il 14,1 milyard manat olub, o zaman artımın qeydə alındığını aydın görmək mümkündür. Sözügedən dövrdə xarici valyuta mübadiləsi üzrə əməliyyatların dövriyyəsi 3 milyard 800 milyon olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 800 milyon çoxdur".

 

Müəllif: Elmir Murad

Açar sözlər: PAŞA Bank