330x110
 

83 dövlət əmlakı hərraca çıxarılacaq

08.10.2019,14:28


8 oktyabr, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsinin növbəti hərracı  noyabrın 5-i keçiriləcək. Bu dəfəki hərraca 83 dövlət əmlakı çıxarılacaq.

Komitədən verilən məlumata görə, hərraca müxtəlif regionlarda yerləşən kiçik dövlət müəssisələri, qeyri-yaşayış sahələri, yarımçıq tikililər çıxarılıb.

Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 12.2 kv.m ilə 2997 kv.m arasındadır. Fərqli iqtisadi sahələr üzrə fəaliyyət potensialı olan kiçik dövlət müəssisələrinə əmlak kompleksləri, ticarət, istehsal, xidmət obyektləri və digər əmlaklar aiddir.

Elan edilən bu hərracda ən yüksək ümumi faydalı sahəsi olan müəssisə Balakən şəhəri, 28 May küçəsindəki əmlak kompleksidir. Dövlət obyekti 95 min kv.m-ə yaxın torpaq sahəsi ilə birgə hərraca çıxarılıb.