330x110
 

İmişli "KOB Dostu" fəaliyyətə başlayıb

08.10.2019,14:59


8 oktyabr, Fineko/abc.az.  Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Kiçik və Orta Biznesin Dostu ("KOB Dostu") şəbəkəsi genişlənməkdə davam edir. Növbəti "KOB Dostu" İmişli rayonunda fəaliyyətə başlayıb. Bununla da ölkə üzrə fəaliyyət göstərən KOB dostlarının sayı 17-ə çatıb.

ABC.AZ xəbər verir ki, açılışda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, İmişli və ətraf rayonlarda fəaliyyət göstərən KOB-lar biznesin qurulması, eləcə də hüquq və maraqlarının müdafiəsi kimi istiqamətlərdə “KOB Dostu”na müraciət edə bilərlər. İmişli "KOB Dostu" sahibkarlıq sahəsində KOB-lara informasiya, məsləhət, hüquqi yardım, dövlət qurumları ilə əlaqələndirmə kimi sahələrdə dəstək və xidmətlər göstərəcək. Sahibkarları “KOB Dostu” ilə sıx əməkdaşlığa dəvət edən Orxan Məmmədov "KOB Dostu" şəbəkəsinin ölkənin digər şəhər və rayonlarını da əhatə edəcəyini diqqətə çatdırıb.