330x110
 

“PAŞA Bank”ın Gürcüstandakı törəmə bankının zərər etmə səbəbi AÇIQLANIB

08.10.2019,15:30


8 oktyabr, Fineko/abc.az.  “PAŞA Bank”ın Gürcüstandakı törəmə bankının 2019-cu ilin 1-ci yarısındakı xalis zərəri yeni işçilərin qəbulu ilə bağlıdır.

ABC.AZ xəbər verir ki, bunu "PAŞA Bank"ın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev Bankın bu ilin birinci yarısına olan maliyyə göstəricilərini açıqlayarkən deyib.

O, bildirib ki, “PAŞA Bank Gürcüstan” bazar payını artırmağa çalışır. Buna görə, 2019-cu ilin 1-ci yarısında əlavə 188 nəfər bankda işə götürülüb. “Əməkhaqqı xərclərinin artması ilə əlaqədar olaraq törəmə bankımızın zərəri yaranıb. Lakin indi yeni kollektivin vəzifəsi portfeli artıraraq gəlirləri artırmaqdır”- deyə  bank rəsmisi bildirib.

Qeyd edək ki, ötən ilin 1-ci yarısı ilə müqayisədə bu ilin analoji dövründə “PAŞA Bank Gürcüstan” 2 milyon 298 min manat xalis zərər edib. Bundan başqa bankın məcmu kapitalı ötən ilin 1-ci yarısı ilə müqayisədə 17% azalaraq 63 milyon 263 min manat olub. 2018-ci ilin birinci yarısında bu göstərici 75 milyon 959 min manat idi.

 

 

Müəllif: Elmir Murad

Açar sözlər: PAŞA Bank