Azərbaycan Parlamentinin plenar iclasının gündəliyində dəyişiklik edilib

14.12.2017,12:33


14 dekabr, Fineko/abc.az. Milli Məclisin (Parlament) dekabrın 15-də keçiriləcək plenar iclasının gündəliyində dəyişiklik edilib.

İclasın gündəliyinə Vergi Məcəlləsində dəyişiklik layihəsi əlavə edilib. Gündəlikdə baxılacaq məsələlərin sayı 39-a çatıb.

Bunların sırasında "Rəsmi statistika haqqında", "Həmkarlar ittifaqları haqqında", Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qaravul xidmətləri nizamnaməsi", “Meliorasiya və irriqasiya haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Toxumçuluq haqqında", "Yol hərəkəti haqqında", İstehsalat və məişət tullantıları haqqında, "Polis haqqında", "Prokurorluq haqqında" “Avtomobul yolları haqqında” və s. qanunlara, o cümlədən, Seçki və Mülki məcəllələrinə edilən dəyişiklik layihələridir.

Bundan əlavə, "Hesablama Palatası haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında" qanun layihələrinin müzakirəsi olacaq.

 

Açar sözlər: Parlament Milli Məclis