330x110
 

Sığorta şirkətləri Binə bazarındakı obyektləri sığortalamaq istəmir - Ekspert

09.10.2019,10:30


9 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi ötən gün gecə Binə Ticarət Mərkəzində yanğın baş verib.

Yanğın zamanı sahibkarlara ciddi zərər dəyib. Hadisədən sonra ticarət mərkəzində sahibkarların sığorta məsələsi yenidən gündəmə gəlib.

ABC.AZ xəbər verir ki, sözügedən ticarət mərkəzindəki sahibkarların sığortala olunmaması barədə məsələyə sığorta eksperti İlkin İbrahimov münasibət bildirib.

O, deyib ki, daşınar əmlakın sığortası isə könüllü olduğundan bu məsələ bir qədər fərqlidir. Belə ki, ekseprt hesab edir ki, daşınmaz əmlak yerə bitişik döşəmə, tavan, divarlar və.s. başa düşülür.

Daşınar əmlak isə daşınması mümkün olan əşyalar nəzərdə tutulur: “Daşınar əşyalar satış məqsədilə qeydiyyata alınıb sığortalanırsa burada bir çox problemlər ortaya çıxır. Sığorta şirkəti satılan malın qiymətini müəyyən edib, ona əsasən risk hesablamalı və qiymət deməlidir. Binə bazarında isə şəffaf mühasibatlıq olmadığından heç bir sığorta şirkəti həmin obyektləri sığortalamaq istəmir. Əvvəllər bir sığorta şirkəti heç olmasa Daşınmaz əmlakları icbari sığortalayırdılar. Sonradan o şirkət də Binə, Sədərək və.s. kimi yanğın riski yüksək olan obyektləri sığortalamaqdan çəkindilər.

Məsələnin həll yolu rəhbərliyin Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciəti ilə ola bilər. Çünki həmin ərazinin dövlət sənədi olduğundan sığorta şirkətləri icbari sığortadan imtina edə bilməz. Digər tərəfdən FHN də orada yanğən təhlükəsizliyini daha gücləndirməlidir”.

Müəllif: Elmir Murad