330x110
 

Pərviz Şahbazov: Azərbaycanla Qazaxıstanın ticarət dövriyyəsinin həcmi 11% artıb

09.10.2019,11:12


9 oktyabr, Fineko/abc.az. Cari ilin 8 ayında Azərbaycanla Qazaxıstanın ticarət dövriyyəsinin həcmi 11 % artıb.

Bu barədə oktyabrın 9-da Bakıda keçirilən Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclasında Energetika naziri, komissiyanın həmsədri Pərviz Şahbazov deyib.

Nazir bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi ötən il 55,4 % artaraq təxminən 221 milyon ABŞ dollarına yaxın olub: "2018-ci ildə ixrac 36,1 %, idxal isə 61,5 % artıb. Cari ilin 8 ayı ərzində də ticarət dövriyyəsinin həcmidə 11 % artım müşahidə olunur. İlin sonunadək Nur-Sultan şəhərində açılacaq Azərbaycan Ticarət Evi daha çox məhsul ixracına imkan yaradacaq. Həm energetika, nəqliyyat, kənd təsərrüfatı, həm də digər sahələrdə əməkdaşlığımız və qarşıya qoyulan məqsədlər ölkələrimizin inkişafına töhfə verəcək".

 

 

© Azertag.az