Azərbaycan dünyanın ən islahatçı top 20 ölkələri sırasındadır – Vüsal Qasımlı

12:00 - 9.10.2019


9 oktyabr, Fineko/abc.az. Azərbaycanda icra hakimiyyəti və məhkəmə sisteminin rəqəmsallaşması çox sürətlə həyata keçirilir.

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən “Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması” mövzusunda üçüncü beynəlxalq konfransda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. O, qeyd edib ki, məhkəmə və hüquqi sitemin elektronlaşdırılması da sürətlə aparılır və elektron məhkəmənin yaradılması buna bariz sübutdur.

Konfransda V.Qasımlı  Azərbaycanda iqtisadi islahatların aparılması ilə bağlı sevindirici xəbər də verib: “Bu konfransdan istifadə edib sizə bir yaxşı xəbər də vermək istəyirəm. Belə ki, artıq Dünya İqtisadi Forumu Azərbaycanı dünyanın 58-ci ən rəqabətli ölkəsi olduğunu bəyan edib. Bununla yanaşı Dünya Bankı da Azərbaycanı ən islahatçı ölkələr sırasına daxil etdi. Hazırda Azərbaycan  dünyanın ən islahatçı top 20-lik ölkələri sırasındadır. Bu təbii ki, qürurvericidir. Bütün bunlar təbii ki, vətəndaş məmnunluğuna gətirib çıxaran amillərdir”

Müəlif: Elmir Murad

 

Bütün xəbərlər