Banka getmədən hesab açmaq mümkün olacaq – Azərbaycanda

12:13 - 9.10.2019


9 oktyabr, Fineko/abc.az. Azərbaycanda ilk dəfə Rəqəmsal Ticarət Qovşağının təşəbbüsü ilə qeyri-rezidentlər üçün banka getmədən hesabın açılması xidməti təqdim ediləcək.

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən “Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması” mövzusunda üçüncü beynəlxalq konfransda Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov deyib.

O, qeyd edib ki, əlavə olaraq hazırda qeyri-rezidentlərin şirkətlərinin sosial xidmətlərdən istifadə edilməsi, habelə həm özəl, həm dövlət xidmətlərinə çıxışın təmin olunması istiqamətində işlər aparılır. “Təsadüfi deyil ki, Rəqəmsal Ticarət Qovşağının fəaliyyəti dövründə əldə olunan uğurlar və davamlı formada həyata keçirilən islahatlar Rusiya, Türkiyə, Gürcüstan, Böyük Britaniya, İspaniya, Hindistan və digər dövlətlərin marağına səbəb olur. Sözügedən xidmət elektron və mobil rezidentlik çərçivəsində həyata keçiriləcək”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər