330x110
 

Bank xidmətlərinin sürətli və güvənli olması zəruridir - İdarə Heyətinin Sədri

09.10.2019,14:25


9 oktyabr, Fineko/abc.az. Bank xidmətlərinin rəqəmsallaşması PAŞA Bankın 2018-2020-ci il strategiyasının ana təməlini təşkil edir.

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən “Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması” mövzusunda üçüncü beynəlxalq konfransda PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımov bildirib.

O qeyd edib ki, böyük sürətlə dəyişən dünyada bütün sahələrdə olduğu kimi bank xidmətlərinin də sürətli, çevik və daha da güvənli olması,  müştərinin ən yüksək tələblərinə cavab verməsi zəruridir: “Rəqəmsal həllərin işlənib hazırlanması yüksək texnologiyaların tətbiqi ilə yanaşı, həm müvafiq texniki və təşkilati infrastrukturun yaradılması,  həmçinin də bu sahədə peşəkarların yetişdirilməsi vasitəsilə mümkündür. Lakin Rəqəmsal transformasiyaya ilk addım atan bir biznes qurumu olaraq biz ilk gündən aydın şəkildə dərk edirdik ki, bizim bu transformasiyanı müştərilərimizdən və əməkdaşlıq etdiyimiz dövlət qurumlarından kənarda həyata keçirməyimiz mümkün deyil. Bu gün burada imzalanan Dövlət Özəl Tərəfdaşlıq memorandumu bu məqsədimizi dəstəkləyəcək çox önəmli vasitədir"

Müəllif: Elmir Murad