MİDA-nın Yasamal Yaşayış Kompleksinin ərazisində ticarət mərkəzinin tikintisi üzrə investisiya müsabiqəsinin qalibi elan edildi

12:59 - 14.12.2017


14 dekabr, Fineko/abc.az. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal rayonunda yerləşən yaşayış kompleksinin ərazisində ticarət mərkəzini inşa edəcək şirkəti müəyyən etdi.

Agentliyin məlumatında deyildiyi kimi, "PMD Group" MMC müsabiqənin qalibi olub. Həmin MMC tərəfindən ticarət mərkəzinin layihələndirilməsi, tikintisi və idarə olunmasının təşkili üçün təqribən 7 milyon manat həcmində investisiya qoyuluşu həyata keçiriləcək.

“İnşa olunacaq ticarət mərkəzinin ümumi sahəsi  7000 m2 təşkil edəcək. İnşa olunacaq ticarət mərkəzi ərazisində “Bravo” supermarketinin, avtodayanacaqların, müxtəlif mağazalarının, kafe və restoranların, uşaqlar üçün əyləncə zonalarının və digər ictimai iaşə obyektlərinin fəaliyyət göstərməsi planlaşdırılır”, - MİDA-nin məlumatında belə deyilir.

Ticarət mərkəzinin 2019-cu ilin dördüncü rübündə istismara verilməsi planlaşdırılır.

 

Bütün xəbərlər