Azərbaycanda pul kütləsi təxminən 2 milyard manata qədər artdı

16:25 - 4.10.2017


Azərbaycan Mərkəzi Bankı (AMB) 1 oktyabr üzrə pul kütləsinin həcmini açıqladı.

AMB xəbər verir ki, 1 oktyabr 2017-ci il tarixində pul kütləsi 8 milyard 671,2 milyon manat həcmində olub, 1 oktyabr 2016-cı il tarixində isə  bu göstərici 6 milyard 810,3 milyon manat təşkil etmişdir.

Beləliklə, bir il ərzində pul kütləsi 1 milyard 860, 9 milyon manata qədər artıb.

1 yanvar 2017-ci il tarixində ölkədə pul bazası 7 milyard 860,5 milyon manat təşkil etmişdir.

Bütün xəbərlər