“Ziraat Bank Azərbaycan” qiymətli kağızlara 9 milyondan çox investisiya qoyub – HESABAT

15:51 - 9.10.2019


9 oktyabr, Fineko/abc.az. “Ziraat Bank Azərbaycan” qiymətli kağızlara investisiyanı çoxaldıb.

ABC.AZ xəbər verir ki, bu barədə bankın yanvar-sentyabr aylarına olan maliyyə hesabatında qeyd olunub.

Hesabata əsasən, bank sözügedən dövrdə aktivlərindən qiymətli kağızlara 9 mln 90 min manat investisiya yatırıb. Bu məbləğ  ötən ilin eyni dövrü ilə müqayisədə 2.25 dəfə çoxdur. Belə ki, 2018-ci ilin 9 ayında bankın qiymətli kağızlara qoyduğu investisiyanın məbləği 4 mln 37 min manat olub.

Qeyd edək ki, bu ilin 9 ayında bankına ktivləri 227 mln 811 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,73% çoxdur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər