Qlobal neft tələbatı cari ildə sutkada 840 min barrel artacaq

16:21 - 9.10.2019


9 oktyabr, Fineko/abc.az. ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) cari ildə qlobal neft tələbatının gündəlik 840 min barrel artacağını gözləyir.

Xəbər verilir ki, bu barədə EIA-nın hesabatında deyilir.

Administrasiya gələn il üzrə isə qlobal neft tələbatının sutkalıq 1,3 milyon barrel çoxalacağını nəzərdə tutur.

EIA bu proqnozunu əvvəlki ilə müqayisədə illər üzrə müvafiq olaraq 50 min və 100 min barrel azaldıb.

 

© Azertag.az

Bütün xəbərlər