330x110
 

Türkiyənin Azərbaycandakı bankının cəmi gəlirləri artıb - 2 milyon manata yaxın

09.10.2019,16:38


9 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “Ziraat Bank Azərbaycan” ASC 2019-cu ilin yanvar-sentyabr (9 ay) dövrü üçün maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, 2019-cu ilin yanvar-sentyabr dövründə “Ziraat Bank Azərbaycan” ASC-nin cəmi gəlirləri (faiz və qeyri-faiz) 15 milyon 780 min manat, cəmi xərcləri (faiz və qeyri-faiz) isə 11 milyon 842 min manat olub. Bank 3 milyon 938 min manat əməliyyat mənfəətinin 843 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb və 86 min manat mənfəət vergisi ödəyib.

Xatırladaq ki, ötən ilin analoji dövründə “Ziraat Bank Azərbaycan” ASC-nin cəmi gəlirləri 13 milyon 63 min manat, cəmi xərcləri  8 milyon 705 min manat, əməliyyat mənfəəti 4 milyon 358 min manat olmuşdu. Bank əməliyyat mənfəətinin 2 milyon 516 min manatını ehtiyatın yaradılmasına ayırdığından və 237 min manat mənfəət vergisi ödədiyindən mənfəəti 1 milyon 604 min manata düşmüşdü.

Buradan isə bəlli olur ki, 2018-ci ilin 9 ayında “Ziraat Bank Azərbaycan”ın əməliyyat mənfəəti 4 milyon 358 min manat olduğu halda, 2019-cu ilin eyni dövründə 3 milyon 938 min manata düşüb. Səbəb xərclərin gəlirlərdən daha çox artmasıdır.

Müəllif: Elmir Murad