330x110
 

Cəbhə xəttində Azərbaycan Ordusunun əskəri şəhid oldu

14.12.2017,13:06


14 dekabr, Fineko/abc.az. Cəbhə xəttində düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu  şəhid olub.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatında deyildiyi kimi,  hərbi qulluqçu, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olub.

“Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu  Salahov Fizuli Süleyman oğlu şəhid olub”, - Müdafiə Nazirliyinin məlumatında belə deyilir.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!

 

 

Açar sözlər: şəhid Müdafiə Nazirliyi