AMB 9 aylıq 30 milyon manat həcmində qısamüddətli notlar yerləşdirəcək

17:29 - 9.10.2019


9 oktyabr, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 9 aylıq qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Birjadan verilən məlumata əsasən, 11 oktyabr tarixində 50402676S dövlət nömrəli qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Qısamüddətli notlar, hər birinin  nominal dəyəri 100 manat olmaqla, 30 milyon manat həcmində təqdim ediləcək. Notların tədavül müddəti 252 gün təşkil edəcək”, - BFB-in məlumatında  belə deyilir.

 

Bütün xəbərlər