Valyuta hərracında manat/dollar məzənnəsi dəyişmədi

13:13 - 14.12.2017


14 dekabr, Fineko/abc.az. Bu gün keçirilmiş valyuta hərracında manat və dollar əvvəlki səviyyədə qaldı.

"14 dekabr 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7001 səviyyəsində formalaşmışdır", - AMB-dan belə xəbər verildi.

Dekabrın 12-də keçirilmiş əvvəlki hərracda ortaçəkili məzənnə həmçinin 1,7001 AZN/1 USD təşkil etmişdir.

 

 

Bütün xəbərlər