Azərbaycan və Türkiyə qurumları arasında əməkdaşlıq protokolu imzalanıb

12:28 - 10.10.2019


10 oktyabr, Fineko/abc.az. İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, Sumqayıt Kimya Sənaye Parkı və Türk Standartları İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb.

Xəbər verilir ki, sənəd oktyabrın 10-da Bakıda keçirilən “Standartların tətbiqi - Azərbaycan-Türkiyə əməkdaşlığı” beynəlxalq konfransı çərçivəsində imzalanıb.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib ki, protokol gələcək əlaqələrin inkişafı və müəssisələrdə beynəlxalq standartların təsirinə müsbət təsir göstərəcək: “Azərbaycanla Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında bu ilin əvvəlindən indiyədək 32 layihənin icrası başa çatıb, 13 layihə üzrə işlərin icrası davam etdirilir”.

 

 

© Azertag.az

Bütün xəbərlər