Maliyyə Nazirliyi oktyabrın 15-də 25 milyon manatlıq DQİ yerləşdirəcək

16:20 - 10.10.2019


10 oktyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət qısamüddətli istiqrazların (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirəcək.

BFB-in məlumatında deyilir ki, oktyabrın 15-də keçiriləcək hərracda AZ0104010746 nömrəli DQİ satışı həyata keçiriləcək.

“DQİ buraxılışının həcmi 25 milyon manat, hər istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 364 gün təşkil edəcək. Yerləşdirmənin anderrayteri qismində  “PASHA Capital” şirkəti çıxış edəcək”, -  BFB-in məlumatında belə deyilir.  

 

Bütün xəbərlər