330x110
 

Sentyabrda gündəlik neft hasilatı 755 min barrel təşkil edib

11.10.2019,10:08


11 oktyabr, Fineko/abc.az. Azərbaycanda sentyabr ayında gündəlik neft hasilatı 755 min barrel olub. Bunun 683 min barrelini xam neft, 72 min barrelini kondensat təşkil edib.

Gündəlik 560 min barrel xam neft, 68 min barrel kondensat, 6,2 min barrel isə neft məhsulları ixrac edilib.

Energetika Nazirliyindən xəbər verilib ki, gündəlik neft hasilatının 776 min barrel həcmində saxlanılmasına dair razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Qeyd edək ki, cari ilin yanvar - sentyabr aylarında orta gündəlik neft hasilatı 767 min barrel təşkil edib.

Energetika Nazirliyi sentyabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.