330x110
 

SOCAR istiqrazlarının sahibləri 12-ci faiz ödənişini qazanacaqlar

11.10.2019,11:25


11 oktyabr, Fineko/abc.az. Oktyabrın 17-də baş tutacaq SOCAR istiqrazları 12-ci faiz ödənişi ilə birlikdə sahiblərinə növbəti dəfə 1 milyon 250 min dollarlıq gəlir qazandıracaq və bununla da, istiqraz sahiblərinin ümumi gəliri 15 milyon dollara yüksələcək.

Bu barədə “SOCAR Capital” şirkəti məlumat yayıb.

Nominal qiyməti 1000 dollar, tədavül müddəti 5 il, illik gəlirliliyi 5 % olan və faizləri hər 3 aydan bir ödənilən SOCAR istiqrazlarının 1,25 milyon dollarlıq rüblük faiz məbləği Milli Depozit Mərkəzinin Mərkəzi Bankdakı hesabına köçürülüb.

Qeyd olunur ki, SOCAR istiqrazı sahibləri sərfəli şərtlərdə REPO əməliyyatı ilə qısamüddətli kredit cəlb edə və ya istiqrazı Milli Depozit Mərkəzində girov qoymaqla, müvafiq bankdan 2 il müddətinədək illik faiz dərəcəsi 15–16 % olan manat krediti götürə bilərlər. Belə olan halda, istiqraz sahibləri 5 faizlik gəlirlərini itirmir və cəlb etdikləri kreditin faktik faiz dərəcəsi 9–10 faizə enmiş olur.