330x110
 

“Azərsu” ASC-nin rəhbərliyi vətəndaş qəbulu keçirəcək

11.10.2019,11:42


11 oktyabr, Fineko/abc.az. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov 18 oktyabr tarixində Lənkəran şəhərində Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə “Azərsu” ASC məlumat veirir.

Həmçinin 21 oktyabr  tarixində “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov Biləsuvar şəhərində Cəlilabad və Cəbrayıl sakinlərini, 22 oktyabr tarixində isə “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov Masallı  şəhərində Masallı və Yardımlı sakinlərini qəbul edəcək.

Qeyd olunur ki, vətəndaşlar qəbul üçün Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Biləsuvar, Cəlilabad və Cəbrayıl sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərlər.