2018-ci ildə xam pambığın alış qiymətləri artırılacaq

15:41 - 14.12.2017


14 dekabr, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyi pambıq emalı və istehsalı ilə məşğul olan şirkətlərin nümayəndələri ilə görüş keçirib.

Nazirliyin məlumatında deyilir ki, 2018-ci ildə xam pambığın alış qiymətlərinin qaldırılmasına dair razılaşma əldə edilib. 

“MKT İK” MMC və “CTS AQRO” MMC-nin nümayəndələri ilə görüş əsnasında cari ilin pambıq yığımı kampaniyası məsələləri və 2018-ci ilə dair planlar müzakirə olunmuşdur. Həmçinin fermerlərdə xam  pambığın alış qiymətlərinin artımı haqqında razılıq əldə olunub. Bu addım, fermerlərin  pambıq becərilməsinə  marağını artıracaq və maddi durumu yaxşılaşdırmağa imkan verəcək. Pambığın növlər üzrə mövcud alış qiymətləri hər ton üçün 100-110 manat artırılacaq”, - məlumatda belə deyilir.

Razılaşmaya əsasən, 2018-ci ildə 1-ci növ pambığın bir tonunun alış  qyiməti 500 AZN-dən 600 AZN-ə qədər, 2-ci növ pambığın bir tonunun alış  qyimət 470 AZN-dən 580 AZN-ə qədər, 3-cü növ – 440 AZN-dən 540 AZN-ə qədər, 4-cü növ isə 400 AZN-dən 500 AZN-ə qədər artırılacaq.

 

Bütün xəbərlər