“Türk Hava Yolları” Bakıdan 19 istiqamətdə uçuşa endirim elan edir

14:45 - 11.10.2019


11 oktyabr, Fineko/abc.az. Dünyada ən çox istiqamət üzrə uçuşlar həyata keçirən “Türk Hava Yolları” oktyabr ayının 4-dən 18-ə qədər endirim kampaniyası elan edir. 19 istiqaməti əhatə edəcək endirim kampaniyası çərçivəsində əldə olunan biletlərin istifadə müddəti 5 oktyabr-27 dekabr tarixlərini əhatə edir.

Kampaniya çərçivəsində səyahətsevərlər istər Yaxın (Təl-Əviv), istər Uzaq Şərq (Tokio), istərsə də ekzotiv Cənubi Amerikanı (Buenos-Ayres) endirimli qiymətlərlə kəşf etmə imkanı qazanırlar. Endirim kampaniyasında Təl-Əviv istiqamətində biletin qiyməti 299 Avro, Tokio istiqamətində 819 Avro, Buenos-Ayres istiqamətində isə 899 Avro təşkil edir. Kampaniyada yer almış şəhərlərin siyahısında həmçinin Nyu-York (559 Avro), Kuala Lumpur (659 Avro), London (548 Avro) və Parisin də adı yer alıb (399 Avro).

Qeyd edə ki, təklif olunan qiymətlər Avro ilə göstərilib, gediş-qayıdış üçün nəzərdə tutulub və vergilər də göstərilən qiymətlərə daxildir.

İSTİQAMƏT               QİYMƏT

Təl-Əviv                     299 Avro

Nyu-York                   559 Avro

Toronto                      719 Avro

Monreal                     729 Avro

Tokio                          819 Avro

Phuket                        599 Avro

Kuala-Lumpur           659 Avro

Banqkok                     579 Avro

Berlin                          439 Avro

London                      548 Avro

Buenos-Ayres           899 Avro

Vilnüs                         339 Avro

Hyuston                     759 Avro

Boqota                       917 Avro

Budapeşt                    439 Avro

Venesiya                    519 Avro

Neapol                       569 Avro

Paris                           399 Avro

Cenevrə                     438 Avro

 

Bütün xəbərlər