Şahin Mustafayev: Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 2 dəfə artıb

15:19 - 11.10.2019


11 oktyabr, Fineko/abc.az. İqtisadiyyat naziri Şahin Mustafayev Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Quo Min ilə görüşüb.

Nazir görüş zamanı qeyd edib ki, ikitərəfli əlaqələrdə ticarət sahəsi mühüm yer tutur. Azərbaycan və Çin arasında ticarət dövriyyəsi bu ilin yanvar-avqust aylarında 2 dəfə artıb. Azərbaycanda ticarət, xidmət, sənaye, tikinti, maliyyə, kənd təsərrüfatı və s. sahələrdə 120-dək Çin investisiyalı şirkət fəaliyyət göstərir.

“Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası ölkələrimiz arasında əlaqələrin genişlənməsində əlverişli platformadır. Azərbaycan şirkələri Çində keçirilən sərgilərdə fəal iştirak edirlər. Azərbaycan bu ilin noyabrında Şanxayda keçiriləcək 2-ci Çin Beynəlxalq İdxal Məhsulları Sərgisində təmsil olunacaq.-deyə Nazir bildirib.

 

Bütün xəbərlər