Oktyabrın 14-də keçiriləcək depozit hərracında AMB 150 milyon manat cəlb etməyi planlaşdırır

16:45 - 11.10.2019


11 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirəcək.

AMB məlumatında deyilir ki, oktyabrın 14-də keçiriləcək depozit hərracında Bank 150 milyon manat cəlb etməyi planlaşdırır.

Vəsaitlər 14 gün müddətinə cəlb edilməsini planlaşdırır. Cəlb olunan vəsaitlər üzrə faiz dəhlizi 6,26% -7,99% müəyyən edilmişdir.

AMB hərracları 2016-cı ilin iyun ayından etibarən keçirilir.

 

Bütün xəbərlər