Səhiyyə Nazirliyi tender elan edir

11:52 - 14.10.2019


14 oktyabr, Fineko/abc.az. Səhiyyə Nazirliyi Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisi işlərinin satın alınması üzrə tender elan edir. Tender 1 Lot üzrə keçirilir, iştirak haqqı 400 manatdır.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri  01.11.2019 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 08.11.2019 17:00 qədər Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1A ünvanına təqdim etməlidirlər. Tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə təqdim etməlidirlər. Təkliflərinin açılışı 12.11.2019 15:00 tarixində aparılacaq.

Ünvan: Bakı, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1A

Əlaqələndirici şəxs : Əli Abbasov

 

 

Bütün xəbərlər