330x110
 

Azərbaycan hansı sahədə 19-cu yerə qalxıb? - “Azexport” rəhbərindən AÇIQLAMA

14.10.2019,12:09


14 oktyabr, Fineko/abc.az. Əmək qüvvəsinin müxtəlifliliyinə görə, Azərbaycan dünyada 19-cu yerdədir.

ABC.AZ xəbər verir ki, bunu “Azexport” portalının rəhbəri Zaur Qardaşov deyib.

O, qeyd edib ki, bu onu göstərir ki, Azərbaycanda kifayət qədər istənilən sahənin, o cümlədən yaradıcılıq sektorunun müxtəlif seqmetləri üzrə mütəxəssis tapmaq olar.

Z. Qardaşov qlobal rəqabətlilik fonunda Azərbaycanın irəliləyən digər sahələrini də sadalayıb və bildirib ki, bu yaradılan münbit şəraitin nəticəsidir: Azərbaycan müəlliflik hüquqlarının qorunmasına görə də dünyada  30-cu yerə yükəslib. Yəni burda da ciddi irəliləmə olub. Ölkədə ümumi yaradıcılıq və biznes mühitinin yaxşılaşdırılması və yaxud konkret deyək innovativ biznesin inkişafı üzrə, biznes dinamizmi, biznes aktivliyi artıb. Bu Azərbaycanın faktiki irəliləməsinə təkan verən subindekslərdir. Mən bunları xüsusi qeyd etdim ki, yəni qısa bir islahatların keçirildiyi mərhələdə bu cür nailiyyətlər əldə etmişik. Çünki bu yaradıcı sektor elə bir sahədir ki, bura dövlət məcburən bir şey edə bilməz. Dövlət sadəcə münbit mühit yarada bilər. Proses özü-özündən gələn bir prosesdir ki, həm də bu dövlətin yaratdığı münbit şəraitin indiqatorudur”.

Müəllif: Elmir Murad