330x110
 

AZPROMO iş adamlarına müraciət edir

14.10.2019,12:39


14 oktyabr, Fineko/abc.az. Xorvatiyanın “Slendor Tekstil d.o.o.” şirkəti Azərbaycanla əlaqələrin qurulması və potensial tərəfdaşın tapılmasında maraqlıdır.

Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) məlumat verib.

Qeyd olunur ki, şirkət yüksək keyfiyyətli əsasən hərbi, professional, işgüzar və xüsusi məqsədlər üçün geyimlərin istehsalçısıdır. “Slendor Tekstil”, həmçinin müxtəlif növ “GORE-TEX” və “WINDSTOPPER” geyimlərini istehsal edə bilmək üçün “W.L.Gore & Associates GmbH”nin lisenziyalı partnyorudur.

AZPROMO azərbaycanlı sahibkarları və iş adamlarını Xorvatiyanın şirkəti ilə  əməkdaşlığa dəvət edir.