“Naxçıvanbank” verdiyi kreditləri artırıb - HESABAT

15:00 - 14.10.2019


14 oktyabr, Fineko/abc.az. “Naxçıvanbank” maliyyə vəziyyətini açıqlayıb.

ABC.AZ bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında bankın aktivləri 7,44% və ya 14 milyon 498 min manat artaraq 209 milyon 361 min manat olub. Bununla yanaşı son bir ildə bankın öhdəlikləri  7,33% və ya 8 milyon 700 min artaraq 126 milyon 303 min manat təşkil edib.

Qeyd edək ki, ötən ilin 9 ayı ilə müqayisədə bu ilin analoji dövründə adıçəkilən bank 84 milyon 695 min manat kredit verib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17 milyon 295 min manat və ya 25,66% çoxdur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər