İran Milli Bankının Bakı filialı bağlanacaq? - XEYLİ ZƏRƏR EDİB

15:59 - 14.10.2019


14 oktyabr, Fineko/abc.az. İran Milli Bankının Bakı filialı bu ilin yanvar-sentyabr ayları üçün maliyyə gösətricilərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, hesabata əsasən, bank sözügüedən dövrü 19,316 milyon manat zərərlə başa vurub.

Müqayisə üçün qeyd edək ki, adıçəkilən bank ötən ilin eyni dövrünü 1,8 milyon manat mənfəətlə başa vurmuşdu.  Bəhs olunan dövrdə İran bankının Bakı filialının gəlirləri 2,789 milyon manat (illik müqayisədə 6,2% çox), xərcləri 1,106 milyon manat (3,3% az), xüsusi ehtiyatlara ayırmaları 21,005 milyon manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 7 min manat (1 il bundan əvvəl olmayıb) təşkil edib. Bu il oktyabrın 1-nə olan statistikaya əsasən, İran bankının aktivləri 89,589 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20,9% azdır. Bunun 4,247 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər