Şahin Mustafayev: Azərbaycan və Özbəkistanın ticarət dövriyyəsi 63 faiz artıb

17:24 - 14.10.2019


14 oktyabr, Fineko/abc.az. Hazırda Azərbaycanda tranzit, ticarət, sənaye və xidmət sahələrində Özbəkistan kapitallı 30-dək şirkət fəaliyyət göstərir. 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 46 faizdən çox, bu ilin 8 ayında isə 63 faiz artıb.

Bunu İqtisadiyyat naziri Şahin Mustafayev Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri Sardor Umurzakovla görüşü zamanı deyib.

Nazir bildirilib ki, Azərbaycan və Özbəkistan arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, müxtəlif sahələri əhatə edən 110-dan çox sənəd imzalanıb. Ölkələrimiz arasında sənaye, kənd təsərrüfatı, turizm, ticarət, investisiya və sair sahələrdə əlaqələrin genişləndirilməsi imkanlarını diqqətə çatdırıb.

 

Bütün xəbərlər