Növbəti 10 ildə neft-qaz sənayesi daha da inkişaf edəcək - "Total" rəsmisi

10:23 - 16.10.2019


16 oktyabr, Fineko/abc.az. Neft-qaz sənayesində əsas dağıdıcı effektə malik iqlim dəyişikliyidir.

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən Xəzər Texniki Konfransında "Total" şirkətinin Azərbaycandakı baş nümayəndəsi Deni Le Marcel deyib.

Fransa şirkətini rəsmisi neft və qaz sənayesinin inkişafına toxunaraq qeyd edib ki, qarşıdakı növbəti 10 illərdə də sözügedən sektor daha da inkişaf edəcək: "Biz də üzərimizə düşən işi görərək bu sənayeni daha da inkişaf etdirməliyik. İqlim dəyişikliyi təbii ki, neft-qaz sənayesinə təsirsiz ötüşmür. Və biz də bu mənada daha həssas olmağa çağırış edirik. Artıq süni zəka dövrüdür və robotlar əməliyyatlara, bu sahədə texniki işlərə daxil olaraq insan həyatı üçün təhlükəli olan amilləri aradan qaldırır. Bir tərəfdən də xərcləri azaltmış olur. "Total" olaraq rəqəmsal fabrik adında bir layihəmiz olacaq. Bu alət vasitəsi ilə rəqəmsal texnikanı inkişaf etdirmək mümkün olacaq. Biz bunun faydasını anlayırıq və bunun tətbiqinə fokslanmışıq. Süni zəka artıq təmir bərpa işlərində də geniş istifadə olunur. "Total" geoloji sahədə işlərin tam şəkildə işlənməsi üçün süni zəkadan daha çox yararlanmağa çalışır".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər