AccessBank-dan sahibkarlar üçün "Sərfəli başlanğıc" biznes paketi

10:42 - 16.10.2019


16 oktyabr, Fineko/abc.az. Biznesinizin inkişafı üçün hər zaman etibarlı və güclü tərəfdaşa ehtiyacınız var. Məhz bu cür tərəfdaşla qarşıya qoyulan hədəflərə daha tez çatmaq mümkündür.

AccessBank fərdi sahibkar və hüquqi şəxs olan yeni müştərilərə "Sərfəli başlanğıc" biznes paketini təklif edir.

Belə ki, hesab üzrə minimal dövriyyə tələbinə cavab verən müştərilər biznes paketi əldə edərək qoşulduqları ilk 3 ay ərzində aşağıdakı üstünlüklərdən faydalana bilər:

  • Ölkədaxili köçürmə üzrə komissiya - 0%
  • Ölkəxarici köçürmə üzrə komissiya - 0%
  • Ölkədaxili təsdiqsiz qarantiyaların verilməsi üzrə komissiya - 0%
  • Overdraftın açılması üçün komissiya - 0%


Üstəlik, biznes hesablardakı qalıqlara illik 3%-dək gəlir də verilir.

Bu hələ harasıdır! Yeni müştərilərə hesabın açılması, biznes kartlar, onlayn bankçılıq, əməkhaqqı kartları tamamilə PULSUZDUR!

Paketə 30 dekabradək qoşulmaq mümkündür. Bu təklif sizə sərfəli başlanğıc və etibarlı tərəfdaş seçimi üçün kömək edəcək. Etibarlı tərəfdaş kimi AccessBank hər zaman müştərilərinin uğurlu nəticələrini qarşısına hədəf kimi qoyub.

Ətraflı məlumatı Bankın rəsmi saytından, Facebook və Instagram səhifələrindən, eləcə də 151 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Bütün xəbərlər