Rəqəmsallaşma insanların təhlükəsizliyini həyata keçirməyə imkan verir - SOCAR rəsmisi

11:36 - 16.10.2019


16 oktyabr, Fineko/abc.az. Hazırda əsas məqsədlərdən biri rəqəmsal idarəetmə sistemini yaratmaqdır .                                                            

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən SPE illik Xəzər Texniki Konfransında SOCAR-ın vitse prezidenti Yaşar Lətifov deyib. 

Hazırda SOCAR-ın tabeliyində 517 aktiv quyuların olduğunu deyən Y.Lətifov sözügedən layihənin yaradılmasının məqsədini belə izah etdi: "Bu vasitə ilə yeni quyuların işlənməsini həyata keçirmək istəyirik. Rəqəmsallıq baxımından xeyli əlimizdə alət və resurslar var. Əlimizdə bu baxımdan qeyd etdiyim kimi əslində resurslar çoxdur. Abşeron yatağında erkən hasilat sistemini işləyib hazırlamışıq. Biz tərəfdaşlarımızla birgə bu quyunu uğurla həyata keçirmişik. Və bir həftə əvvəl quyunun işlənməsi uğurla sınaqdan keçirilib. Biz gələcəkdə də bu işi davam etdirəcəyik. SOCAR olaraq bizim sahələrin rəqəmsallaşması kimi strategiyamız var. Rəqəmsallaşma insanların təhlükəsizliyini həyata keçirməyə imkan verir".

 

 Müəllif: Elmir Murad

Bütün xəbərlər